Goranboyda qadın dəm qazından zəhərləndi

09:39 24.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Goranboyda qadın dəm qazından zəhərlənib.

Hafta.az xəbər verir ki, hadisə rayonun Balakürd kəndində baş verib. Kənd sakini 1989-cu il təvəllüdlü E.Məmmədova huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Müayinə zamanı qadına zəhərlənmə diaqnozu təyin edilib. Dərhal ona yardım edilib, hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə, 37 yaşlı qadın yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.

Faktla bağlı araşdırma aparılır./unikal/